Modern.az

ABŞ-dan Belarusa göndərilən ilk neft tankeri Litva portuna çatıb 

ABŞ-dan Belarusa göndərilən ilk neft tankeri Litva portuna çatıb 

Aktual

6 İyun 2020, 12:15

Belarusa göndərilən 77 min tonluq Amerika neft tankeri Litvanın Klayped portuna çatıb.

Modern.az xəbər verir ki, bu haqda məlumatı Belarusun “Belneftexim” dövlət konsernin mətbuat katibi Aleksandr Tişenko yayıb. Litva portundan isə neft dəmir yolu vasitəsilə Belarusun Novopolsk şəhərindəki sənaye zonasında yerləşən “Naftan” neft emalı zavoduna göndəriləcək.

Bu tanker 2020-ci ildə Rusiya istisna olmaqla, müxtəlif neft tədarükçülərindən Belarusa göndərilən on ikinci tankerdir. Bu minvalla Belarus Rusiya neftindən asılılığını azaltmaq istəyir.          

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü