Modern.az

Azərbaycan deputatları Ermənistana gedəcəklər

Azərbaycan deputatları Ermənistana gedəcəklər

Təhsil

17 May 2012, 16:00

Milli Məclisin (MM) üç nəfərlik nümayəndə heyəti Ermənistana səfər edəcək.

Modern.az APA-ya istinadən bildirir ki, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmaqdır.

QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir.

Səfər mayın 21-dən 24-dək davam edəcək. Məlumatı MM-in mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, iclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı