Modern.az

Bir şəklin tarixçəsi - Elçibəyin əvvəli, Putinin axırı...

Bir şəklin tarixçəsi - Elçibəyin əvvəli, Putinin axırı...

Aktual

23 May 2012, 22:05


Yaxşı deyiblər – “Kiminin əvvəli, kiminin axırı”. İndi bu fotoşəkilə baxarkən, məşhur deyimi belə də tələffüz etmək olar:  Putinin əvvəli, Putinin axırı...

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1992-ci ilin iyulunda Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda çəkilib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsindən (indiki ATƏT) geri dönən Azərbaycan prezidenti Əbülfəz Elçibəyin başçılıq etdiyi nümayəndə heyətini gətirən təyyarə Sankt-Peterburqun “Pulkovo” hava limanına enib. Nümayəndə heyətini aeroportda şəhərin meri Anatoli Sobçak qarşılayıb.

Şəkildə soldan Anatoli Sobçak, Azərbaycan baş nazirinin birinci müavini Vahid Əhmədov və prezident Əbülfəz Elçibəy... Arxa sırada solda isə gözlərini yuxarı zilləyərək dayanmış sarışın şəxs Sankt-Peterburq merinin köməkçisi Vladimir Putindir.

Və üstündən 8 il keçəndən sonra – 2000-ci ildə Rusiyanın ikinci şəhərinin merinin köməkçisi Rusiyanın prezidenti olur. Bu il isə o, üçüncü dəfə Rusiya prezidenti kürsüsünə əyləşdi.

Maraqlıdır, hazırda Azərbaycanın ikinci şəhəri Gəncənin merinin köməkçisi kimdir...

 (Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı