Modern.az

“Rəhim Qazıyev güllələnməlidir!” - Müharibə veteranlarının rəhbəri

“Rəhim Qazıyev güllələnməlidir!” - Müharibə veteranlarının rəhbəri

Aktual

17 İyul 2020, 14:45

"Azərbaycanda təxribat və qarışıqlıq törədən istənilən şəxs güllələnməlidir, o cümlədən də Rəhim Qazıyev".

Bunu Modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev bildirib. O bu cür çətin məqamlarda ara qatan şəxslərin satqın olduğunu deyib:

"Satqınların cəzası biz döyüşçülər tərəfindən həmişə güllələnmə olub. Rəhim Qazıyev də bu baxımdan güllələnməlidir, amma heyif ki, bizdə bu cəza ləğv edilib. Ümid edirəm bundan sonra bu cəzanı tətbiq edərlər, çünki xainlərin layiq olduğu məhz güllələnmədir.

ABŞ demokratik ölkə olsa da, orda bu cəza ləğv olunmayıb, bizdə də bərpa olunsa yaxşı olar. Çünki bu şəkildə həm də gələcəkdəki təxribatların qarşısını almaq olar".

 
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti  sabiq müfadiə naziri Rəhim Qazıyevin iyulun 13-də saxlanıldığı barədə məlumat yayıb.

Bildirilib ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub. 

Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü