Modern.az

Azərbaycanda qadın azyaşlı övladı ilə itkin düşüb

Azərbaycanda qadın azyaşlı övladı ilə itkin düşüb

Aktual

30 İyul 2020, 17:23

Ağdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü  Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır.

Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü