Modern.az

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ

18 Avqust 2020, 21:52

“Qarabağ”  “Sileks” oyununun 80-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi 4 topa çatdırıb.

 

Modern.az xəbər verir ki, oyun elə bu hesabla da bitib. Bu dəfə "Qarabağ"ın heyətində Mahir Emreli fərqlənib.

 

Oyun “Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan çempionunun növbəti təsnifat mərhələsində rəqibi “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi olacaq.

 

21:11

 

“Qarabağ”  “Sileks” oyununun 51-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi üç topa çatdırıb.

Modern.az xəbər verir ki, Donald Gerye oyunda dublun rəsimləşdirib: 3-0

 

20:41

 

“Qarabağ”  “Sileks” oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu oyunun 40-cı dəqiqəsində rəqibi ikinci dəfə mərkəzə dəvət edib: 2-0

 

“Qarabağ”ın heyətində Xayme Romero fərqlənib.

 

20:11

 

“Qarabağ”  “Sileks” oyununda hesab açılıb. 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu oyunun 11-ci dəqiqəsində hesabı açıb: 1-0

 

“Qarabağ”ın heyətində bu dəfə Donald Gerye fərqlənib.

 

20:00

 

“Qarabağ”  “Sileks” oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasında ilk oyuna çıxıb.

 

19:19

 

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

 

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.

 

Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır