Modern.az

Siyavuş Novruzov 2 fənlə bağlı narazılıq etdi: qənatəxbəxş deyil

Siyavuş Novruzov 2 fənlə bağlı narazılıq etdi: qənatəxbəxş deyil

Parlament

Bu gün, 13:46

Jetonların verilməsi yalnız hərbçilərlə məhdudlaşmaması, gələcəkdə yanğınsöndürənlər və mina axtaranlar kimi riskli sahələrdə də tətbiqi təklif olunur. 

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, təqdim olunan layihə mühüm əhəmiyyət daşıyır və indiyədək bəzi hallarda “kustar üsulu ilə istifadə edilən” jetonların artıq normativ qaydada hazırlanması və tətbiqi zəruridir:

“Bu, vacib olan qanun layihəsidir. İndiyə qədər müəyyən sahələrdə bunu kustar üsulu ilə istifadə edirdilər. İndi isə artıq normativ və uyğun şəkildə belə jetonların hazırlanması və tətbiq olunması vacib olan elementlərdəndir”.

Onun sözlərinə görə, bu təcrübə beynəlxalq səviyyədə geniş yayılıb və müxtəlif ölkələrdə fərqli formada tətbiq olunur:

“Dünyanın bir çox ölkələrində bu tətbiq olunur. Elə ordular var ki, xüsusi təyinatlılara, dəniz piyadalarına tətbiq edilir, eləsi də var ki, bütünlükdə ordu sıralarında olanlara şamil olunur”.

Deputat qeyd edib ki, jeton sistemi yalnız identifikasiya məqsədi daşımır və fövqəladə hallarda mühüm rol oynayır:

“Bu təkcə onun həlak olmasından getmir. Bu həm qan qrupunu, hansısa dərmanlara olan allergiyasını və digər məsələləri əks etdirir ki, operativ tibbi yardım göstərmək mümkün olsun”.

Siyavuş Novruzov əlavə edib ki, bu sistemin gələcəkdə digər riskli sahələrdə də tətbiqi məqsədəuyğun ola bilər:

“Məsələn, fövqəladə hallarda yanğınsöndürənlərlə və ya mina axtaranlarla əlaqədar olaraq belə bir jeton sisteminin tətbiqi oluna bilər”.

Deputat çıxışında həmçinin məktəblərdə hərbi və fiziki hazırlıq məsələsinə də toxunub. O bildirib ki, bu sahədə mövcud vəziyyət qənaətbəxş deyil:

“Bəzi məktəblərdə həftə ərzində bir saat bədən tərbiyəsi, bir saat da hərbi hazırlıq olur. Amma əvvəl poliqonlar, döyüş məntəqələri vardı, şagirdlər silahdan istifadəni bilirdi”.

Onun sözlərinə görə, gənclərin orduya daha hazırlıqlı getməsi üçün bu istiqamətdə təlimlər gücləndirilməlidir:

“Hesab edirəm ki, bunu tətbiq etmək lazımdır ki, orduya gedən hər bir gənc orduya çatanda hazırlıq vəziyyətində olsun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu