Modern.az

İran bu ölkələrin cəzalandırılmasını tələb etdi - SİYAHI

İran bu ölkələrin cəzalandırılmasını tələb etdi - SİYAHI

Dünya

Bu gün, 17:33

ABŞ və İsrailin İrana qarşı hücumunda iştirak edən ölkələr məsuliyyətə cəlb olunmalıdır.

Modern.az xəbər verir ki, bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirib.

İrəvani məktubunda qeyd edib ki, İran İslam Respublikası Qətər, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt və İordaniya Krallığı tərəfindən göndərilmiş məktublarda yer alan bütün əsassız ittihamları və sübutsuz iddiaları qətiyyətlə rədd edir.

İranın BMT-dəki səfiri vurğulayıb ki, adı çəkilən ölkələrin “özünümüdafiə hüququndan istifadə etdikləri” ilə bağlı iddiaları hüquqi və əsaslandırılmış özünümüdafiə kimi qəbul edilə bilməz. İrəvani bildirib ki, bu hərəkətlər BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində özünümüdafiə sayılmır, əksinə beynəlxalq hüquqa zidd əməllərdir.

İrəvani əlavə edib ki, bu hərəkətlər BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli 3314 saylı qətnaməsinin 3-cü maddəsinin (b) bəndinə əsasən “təcavüz aktı” kimi qiymətləndirilir. Buna görə də, adı çəkilən dövlətlərin beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıdığı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu