Modern.az

Federasiya prezidenti seçilən Ənvər Ənvərli bu icra başçısının OĞLUDUR

Federasiya prezidenti seçilən Ənvər Ənvərli bu icra başçısının OĞLUDUR

Ölkə

Bu gün, 20:14

Mayın 1-də Azərbaycan Tennis Federasiyasına yeni prezident seçilib. 22 il federasiyaya rəhbərlik etmiş Milli Məclisin sabiq sədri Oqtay Əsədovu yeni prezident əvəzləyib. Belə ki, səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib.

Modern.az-ın məlumatına görə, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. A.Vəliyev biznes sahəsindən icra başçısı vəzifəsinə gələn şəxs olaraq tanınır. O, böyük biznes obyektlərinə sahibdir.

2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olub. Bu vəzifəsindən sonra icra başçısı postuna gəlib. Hazırda Adil Vəliyevin biznesini oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) idarə edir.

Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin (Qubadlı rayonu) adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəri kimi tanınır.

Adil Vəliyev 2012-ci ilin aprel ayından Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvü olan Adil müəllim icra başçısı kimi 14 illik karyerası var.

Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən “Efendiler Group” şirkəti avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Bu şirkət “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri kimi fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. Bu holdinqə daxl olan “Euro Style” şirkəti müxtəlif markalı avtomobillərə texniki xidmət göstərir. 

"Efendiler Group" həmçinin tikinti sektorunda "Bakikhanov Residence" ilə təmsil olunur.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu