Modern.az

Milli Qəhrəman Xankəndidə restoran açdı - həmkarlarını açılışa çağırmadı

Milli Qəhrəman Xankəndidə restoran açdı - həmkarlarını açılışa çağırmadı

Qarabağ

Bu gün, 10:31

Milli Qəhrəman İbad Hüseynli Xankəndi şəhərində restoran açır. “Qarabağ Qəhrəmanı” adlanan restoranın bu gün saat 13:00-da açılışı olacaq.

Məkan Xankəndi şəhərində, Araz marketin yaxınlığında yerləşir.

Modern.az restoranın açılışı ilə bağlı Milli Qəhrəman İbad Hüseynli ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, restoran xeyir qazanmaq üçün açılmayıb:

“Restoran elə də böyük deyil. Uçub dağılmış binanın altında yer düzəltdik, kiçik bir obyektdir. Qarabağda döyüşmüş bir qəhrəman kimi simvolik bir addım atdım. Bəzən adamlar bunu başqa cür başa düşürlər. Lakin mən restoranı qazanc, gəlir üçün düzəltməmişəm. Simvolik olaraq, müharibə qəhrəmanı kimi  balaca bir şey düzəltdik. Həmişə deyirəm ki, xeyir üçün düzəltməmişəm və o qədər xeyir olacağı gözlənilmir. Xankəndimiz bizim üçün dəyərlidir, çünki Xanın kəndidir. 

İbad Hüseynli vurğulayıb ki, “Qarabağ Qəhrəmanı” Xankəndidə ən ucuz restoran olacaq:

“Menyuda Qarabağımıza məxsus olan yeməklər olacaq. Mən demişəm ki, yeməklərin qiyməti ucuz olsun ki, millətimiz, əzizlərimiz orada yemək yeyə bilsinlər. Yəqin ki, Xankəndidə ən aşağı qiymətə xidmət göstərən restoran “Qarabağ Qəhrəmanı” olacaq”.

O, açılışa digər Milli Qəhrəmanları dəvət etməməsinin səbəbini açıqlayıb.

“Restoranın açılışını böyük bir hadisə bilmədim. Ona görə də Milli Qəhrəmanlarımıza əziyyət verməmək üçün onları çağırmadım, eləcə də kənar şəxsləri də çağırmamışıq. Restoran uçub dağılmış bir binanın yer idi. Oranı düzəltdik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu