1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
XİN-dən Modern.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
15:57
İran xarici işlər naziri Abbas Araqçı azərbaycanlı həmkarı Ceyhun Bayramova telefon zəngi edib.
Modern.az İran mediasına istinadən xəbər verir ki, Abbas Araqçı Ceyhun Bayramova Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə məlumat verib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçı həmçinin Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı, İraq dan olan həmkarları ilə telefon danışıqları apararaq Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə onları məlumatlandırıb.