Modern.az

Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair müzakirələr keçiriləcək

Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair müzakirələr keçiriləcək

Təhsil

19 Yanvar 2010, 16:47

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsindən 20 il keçir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycanda qocalara, qadınlara və hətta uşaqlara qarşı zorakılıq nümunəsidir. Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan   əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımı qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır.

2009-cu ilin dekabrında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunub ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair silsilə müzakirələr təşkil edilsin.
“NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən ilk müzakirə 20 Yanvar faciəsinin 20-ci ildönümü günündə keçiriləcək. Uşaqlar tədbirdə uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq mövzusunda çıxış edəcəklər.

Bu silsilə müzakirələrin nəticəsində Azərbaycan Uşaqlarının Dünya Uşaqlarına müraciəti hazırlanaraq 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları günündə dünya uşaqlarına təqdim olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü