Modern.az

“ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir!” - Səməd Seyidov

“ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir!” - Səməd Seyidov

Parlament

2 Oktyabr 2020, 11:27

“ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün hımsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox  katolik olmağa cəhd edir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov deyib.

O bildirib ki, bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir:

“Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik”. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu ölkə Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır. Və sonuncusu Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı