Modern.az

Yaxın 3 gündə hava şəraiti necə olacaq?

Yaxın 3 gündə hava şəraiti necə olacaq?

Təhsil

22 Yanvar 2010, 10:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin tutqun olacağı, arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 6-10 m/s olacaq, gündüz şimal küləyi 9-14 m/s təşkil edəcək, arabir 16 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Yanvarın 23-də hava şəraitinin buludlu olacağı, səhər və axşam saatlarında çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.
Yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinlu yağış yağacağı gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında  yanvarın 22-də hava şəraitinin əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Yanvarda 23-24-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında əksər biometeoroloji amillərin mülayim və zəif tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişli hava şəraiti sayıla bilər. Lakin tutqun və rütubətli havanın üstünlüyü meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı