Modern.az

Bu şəhər və rayona giriş-çıxış dayandırılır

Bu şəhər və rayona giriş-çıxış dayandırılır

Ölkə

13 Oktyabr 2020, 19:14

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

 

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

 

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü