Modern.az

“Müharibədə itkin və əsir düşən hərbçilərlə bağlı belə informasiyalar qaçılmazdır” - Keçmiş döyüşçü

“Müharibədə itkin və əsir düşən hərbçilərlə bağlı belə informasiyalar qaçılmazdır” - Keçmiş döyüşçü

19 Oktyabr 2020, 11:57

"Birinci Qarabağ müharibəsində itkin düşən əsgərin 27 ildən sonra Füzulidə tapılması ilə bağlı xəbər yayıldı. Ancaq bu xəbər rəsmən təkzib olundu. Deməli belə bir fakt yoxdur. Müharibə vaxtı bu cür informasiyaların yayılması qaçılmazdır. Daim ön cəbhə ilə əlaqəmiz var, belə bir şey olsaydı, əvvəlcə biz bilərdik".


Bu sözləri Modern.az-a açıqlamasında keçmiş döyüşçü, Qarabağ müharibəsi əlili, araşdırmaçı jurnalist Xaqani Rzaquliyev deyib:

"Ermənilər çox pinti müharibə aparan bir millətdir. İnsanlıq adına ləkə olduqları kimi, müharibə adına da ləkədirlər. Ermənistan bu gün dinc əhalisinin zərər çəkdiyini deyir, amma fakt göstərə bilmir. Onlar bizim uşaqlarımızı öldürüblər. Halbuki, ermənilərdə heç bir uşağın burnu da qanamayıb. Çünki Azərbaycan əsgəri dinc əhaliyə atəş açmır".  

X.Rzaquliyev bildirib ki, körpələrimizi qətlə yetirən ermənilər dünən də elə idi, sabah da, gələcəkdə də elə olacaqlar:

"Ermənilər antibəşəri bir toplumdur. Müharibəni də insan kimi apara bilmirlər. Birinci və ikinci Qarabağ müharibələri arasında 30 il fərq var, amma erməni vəhşiliyi eyni vəhşilikdir".

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!