Modern.az

Ermənilərin Bərdəyə hücumu nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb - Hikmət Hacıyev

Ermənilərin Bərdəyə hücumu nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb - Hikmət Hacıyev

27 Oktyabr 2020, 17:54

“Humanitar atəşkəsi pozmaq və davamlı hərbi itkilərini kompensasiyası üçün Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter-də yazıb.

 

“Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb”, - o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!