Modern.az

"Plastik qablardan təkrar istifadə yolverilməzdir" - Gigiyena və Epidemiologiya Mərkəzi

"Plastik qablardan təkrar istifadə yolverilməzdir" - Gigiyena və Epidemiologiya Mərkəzi

12 İyul 2012, 15:58

İmran Abdullayev: “Müdaxilə etmək səlahiyyətimiz yoxdur”

Ağartı məhsullarının qida rasionumuzdakı mühüm yeri danılmazdır. Amma bu qidanı qəbul etməzdən öncə, təbii ki, onun qablaşdırılmasına fikir verməlidir. Necə deyərlər, məhsulun qablaşdırılması da qidanın sağlamlığından xəbər verir.

Son vaxtlar süd məhsullarının qablaşdırılmasında da problemlər yaşanır. Belə ki, standarta uyğun olaraq birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar yenidən istifadə olunaraq süd məhsullarının  qablaşdırılmasında istifadə olunur. Mütəxəssislər dəfələrlə plastik qabların yenidən istifadəsini orqanizm üçün təhlükəli olduğunu desələr də, istehlak bazara çıxarılan bəzi məhsullar məhz bu qabların yenidən istehsal edilərək, istifadəyə verilməsindən sonra baş tutur.

Modern.az-a açıqlamasında bununla bağlı dəfələrlə monitorinqlər aparılsa da, problemin hələ də qaldığını etiraf edən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayevin sözlərinə görə, ümumiyyətlə, plastik qablardan təkrar istifadə yolverilməz haldır. “Süd məhsullarının belə qablarda saxlanılması düzgün deyil. Plastik qablar birdəfəlik istifadə üçündür. Bu  qablarda qablaşdırılan süd məhsulları kustar yolla fərdi təsərrüfatlarda hazırlanır və satılır. Əhali də bunu bilməli və onu almamalıdırlar”, – deyə İ. Abdullayev qeyd edib.

Mərkəzin şöbə rəhbəri bildirib ki, iaşə və ticarət obyektlərində belə hallara rast gəlinməyib. “Əgər belə hallara  yol verilirsə, onlar mütləq cəzalandırıla bilər. Bunlar fərdi şəkildə küçələrdə, evlərdə satılan süd məhsullarıdır. Binanın həyətində və yaxud da bazarda əldə satılan süd məhsulları var. Bu məsələlərə müdaxilə etmək səlahiyyətimiz yoxdur.  Dükanlarda belə hallarla qarşılaşmamışıq. Amma belə bir hal var ki, dükan sahibləri vətəndaşlardan şüşə bankalarda süd və qatıq məhsulları qəbul edirlər. Sahibkarlar  bilməlidirlər ki, fərdi qaydada əhalidən qatıq və süd məhsullarının alınmasına icazə yoxdur. Bunlarla bağlı biz hər zaman monitorinq aparırıq”.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!