Modern.az

Şuşalı qız Milli Məclisdə çıxış etdi

Şuşalı qız Milli Məclisdə çıxış etdi

13 Noyabr 2020, 11:29

8 may Şuşanın işğalı günü Milli Məclisdə təsirli çıxışı ilə yadda qalan şuşalı gənc Əsra Məmmədli bu gün Milli Məclisdə Şuşanın işğaldan azad olunması münasibətilə çıxış edib.

Modern.az-ın məlumatına görə, o, qeyd edib ki, bu gün işğal olunmuş deyil, azad Şuşadandır:


"Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı.

Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü