Arxiv
20 Noyabr 2020, 12:25 | AKTUAL
“Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar” - İlham Əliyev

“Müharibəyə gəldikdə bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur?” 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.


Prezident deyib ki, onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi.

“Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?