Modern.az

Həkimlərin çoxu süni tənəffüs aparatlarını işlədə bilmirlər - TƏBİB-dən irad

Həkimlərin çoxu süni tənəffüs aparatlarını işlədə bilmirlər - TƏBİB-dən irad

24 Noyabr 2020, 11:54

Əhalinin süni tənəffüs aparatlarının funksiyalarını tam olaraq bilməməsi təbii sayıla bilər. Amma təəssüf ki, çox həkimlər də süni tənəffüs aparatlarının funksiyalarını, onların hansı hallarda istifadə edildiyini tam olaraq yaxşı bilmirlər.

 

Modern.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, süni tənəffüs cihazları insana qoşulan kimi fayda vermir: “Süni tənəffüs cihazı bir möcüzə deyil. O, kiməsə qoşuldusa, həmin adam mütləq sağalacaq-belə deyil. Bu cihaz yalnız bir vasitədir ki, ağciyərlərə oksigen ötürülsün”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi