Modern.az

Putindən AÇIQLAMA: “Qarabağın yekun statusu gələcəkdə müəyyənləşməlidir” - YENİLƏNİB

Putindən AÇIQLAMA: “Qarabağın yekun statusu gələcəkdə müəyyənləşməlidir” - YENİLƏNİB

Qarabağ

17 Dekabr 2020, 16:14

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Qarabağ məsələsinə də toxunub. Modern.az xəbər verir ki, Putin hərbi əməliyyatların bərpa olunmasında kənar qüvvələrin rolunun olmadığını, gərginliyin uzun illər ərzində toplandığını deyib.

 

“Vəziyyət nəzarətdən çıxdı. Gərginlik uzun illər ərzində davam edirdi. Düşünmürəm ki, kənar müdaxilələr müharibəyə yol açıb. Bizim mövqeyimiz Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından ibarət idi”.

 

Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da xatırladıb.


"Bütün Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir. Amma problem beynəlxalq sənədlərdən də mürəkkəbdir. İnsanlar daha ölmür, bu əsasdır. Qalan məsələlər ikinci dərəcəlidir".

 

Putin Qarabağ münaqişəsinin gələcək perspektivindən də danışıb.

"Dağlıq Qarabağla Ermənistan arasında mütləq quru sərhədi olmalıdır. Buna görə Laçın dəhlizini yaratdıq. Qarabağın statusu gələcəkdə müəyyənləşəcək. Atəşkəsdən sonra növbəti mərhələ bütün regionda iqtisadi münasibətlərin normallaşması, Naxçıvanla avtomobil əlaqəsinin bərpası olmalıdır". 
 

Putin 10 noyabr razılaşmasından sonra tərəflərin durduğu mövqelərdə qalmasını vacib şərt sayır. O həmçinin, beynəlxalq həmsədrlərin sözdən əmələ keçərək, fəal olacaqlarına ümidini ifadə edib.

Rusiya prezidenti atəşkəsin yalnız təsadüfən pozulacağına ümid etdiyini bildirib.

Qarabağda sülhməramlıların sayının artırılmasına gəlincə, o, bunun tərəflərin razılığı ilə mümkün olduğunu vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı