Modern.az

Milli Məclis daha bir qanuna dəyişiklik etdi

Milli Məclis daha bir qanuna dəyişiklik etdi

İqtisadiyyat

22 Dekabr 2020, 11:52

Orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

 

Modern.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, əvvəlki qanuna görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Dəyişikliyə əsasən, bu sıraya orta sahibkarlıq subyektləri də əlavə edilir.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü