Modern.az

Əsrin ən güclü qarı İspaniyada xaos yaratdı

Əsrin ən güclü qarı İspaniyada xaos yaratdı

Dünya

10 Yanvar 2021, 09:05

İspaniyanı cənginə alan “Filomena” Atlantik fırtınası cümə günündən şənbə gününə keçən gecə yollarda qara ölkə vətəndaşları üçün kabusa dönüb. Analoji kollaps 1971-ci ilin martında müşahidə olunub.

 

Modern.az xəbər verir ki, İspaniyada əlverişsiz hava şəraiti səbəbindən yollarda hərəkət etmək çətinləşib, onlardan bəziləri bağlanıb. Madriddə onlarla sürücü gecəni qarlı yollarda qalan avtomobillərində keçirmək məcburiyyətində qalıblar. Onlara köməyə hərbçilər cəlb edilib.

 

Bundan əvvəl güclü qar düşməsi səbəbindən fəaliyyətini dayandırmış Baraxas Beynəlxalq Hava Limanı şənbə günü də işləməyəcək. Artıq dəmir yolu və dəniz daşımaları da dayandırılıb.

 

İspaniyanın paytaxtı güclü qar səbəbindən fövqəladə riskə məruz qalıb. Madriddə ən yüksək (qırmızı) həyəcan səviyyəsi elan edilib. Paytaxtda havanın temperaturu sıfır dərəcə civarındadır.

 

Dövlət Meteorologiya Agentliyinin (Aemet) nümayəndəsi Ruben del Kamponun sözlərinə görə, 2021-ci ilin yanvarı son 15 ildə ən çox qar yağan tarixi ay ola bilər.

 

Meteoroloqlar 20 santimetrə qədər yağıntı düşəcəyini proqnozlaşdırırlar. 40-dan çox vilayət fövqəladə vəziyyətdədir.

 

Meteoroloqların məlumatına görə, bazar günü “Filomena” fırtınası İspaniya ərazisini tərk edərək Afrikanın şimal-qərb sahilinə doğru hərəkət etməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı