Arxiv
13 Yanvar 2021, 13:08 | ÖLKƏ
Ombudsmandan diversantlar məsələsinə REAKSİYA: “Onlar hərbi əsir deyil!”

“Azərbaycan Respublikasının Ombudsmanı olaraq işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qəsdən diversant qüvvələrin yerləşdirilməsini və onların terrorçu fəaliyyətini qəti şəkildə pisləyirəm. Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrimiz tərəfindən onların saxlanılmasını tam qanunamüvafiq hesab edirəm”.

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Ombudsmanı  Səbinə Əliyeva bildirib.


Ombudsmanın sözlərinə görə, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarına əsasə, bu qrupdan olan şəxslər hərbi əsir hesab edilə bilməz.


“Qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhlükə və təhdiddir. Qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən, vətəndaşlığından asılı olmayaraq, həmin ərazilərdə yerləşən hər kəsin başlıca yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına, ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, hərbi əməliyyatların dayandırılmasından və sənədin qüvvəyə minməsindən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversiya dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Diversiya dəstələrinin əməllərinin isə terror və cinayət xarakteri daşıdığı qeyd olunmalıdır”.


Səbinə Əliyeva erməni diversiya-təxribat qruplarının əməlləri nəticəsində Azərbaycan tərəfindən ölən və yaralanan hərbçi və mülki vətəndaşlarımızın olduğunu da qeyd edib:


“Hesab edirəm ki, bunu unutmalı deyilik. Bu, özlüyündə Ermənistan tərəfinin beynəlxalq hüquqa, o cümlədən, artıq qüvvəyə minmiş üçtərəfli bəyanata laqeyd münasibətini açıq-aşkar göstərir. Düşünün ki, uzun illər ərzində BMT TŞ-nın 4 qətnaməsini icra etməkdən yayınan bir dövlətin bu cür hərəkətləri hələ də orada beynəlxalq hüquq və insan haqları məfhumlarına münasibətin hansı səviyyədə olduğunu bir daha dünya ictimaiyyətinə göstərməkdədir. Zənnimcə, Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın, ölkəmizə qarşı bu təxribatları insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi və psixoloji baxımdan ağır və riskli vəziyyətdə qalmasına, təhlükəsiz və sağlam ətraf mühitə, yaşamağa və digər hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan, o cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır. Bu diversiya qrupu Azərbaycan xüsusi orqanları tərəfindən saxlanılıb. Onların əməlləri cinayət məsuliyyətinə cəlb olunub. Bu da beynəlxalq hüquq normalarına uyğundur”.


Ombudsman yaxın günlərdə saxlanılan erməni diversantlara baş çəkməyi nəzərdə tutduqlarını da istisna etməyib:


“Azərbaycan hər zaman vətəndaşlığından, mənsubiyyətindən asılı olmayaraq Ombudsmana müraciət edən heç kəsin müraciətini diqqətsiz qoymur. Yaxın vaxtlarda diversantlara baş çəkməyi nəzərdə tutmuşuq”.


Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq, istintaqa təhvil verilib.

 

Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha bir vəkil vəfat etdi 22 Yanvar 2021, 17:26 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək 22 Yanvar 2021, 17:20 Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34