Modern.az

Azərbaycanlı jurnalist Türkiyənin xəbər kanalında işə götürüldü - FOTO

Azərbaycanlı jurnalist Türkiyənin xəbər kanalında işə götürüldü - FOTO

14 Yanvar 2021, 14:24

Tanınmış jurnalist Taleh Şahsuvarlı Türkiyənin xəbər kanalı olan KRT TV-nin əməkdaşı kimi işə götürülüb. Modern.az-ın məlumatına görə, bu barədə onun özü bildirib.


“Bu gündən Türkiyənin ən yaxşı 5 xəbər kanalı arasında yer almağı bacarmış KRT TV-nin rəsmən Azərbaycan təmsilçisiyəm. Gələn həftə akreditasiya ilə bağlı sənədləri müvafiq qurumlara təqdim edəcəm”, - T.Şahsuvarlı deyib.


Taleh Şahsuvarlı Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır.

"Gündəlik Teleqraf" qəzetinin şef redaktoru, Aznews.az xəbər portalının baş redaktoru işləyib. O, Vətən müharibəsində zabit kimi iştirak edərək, "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi