Arxiv
26 Yanvar 2021, 14:44 | AKTUAL
Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA

"Sosial şəbəkələrdə bir qrup polis əməkdaşının karantin rejimini pozub, məclis təşkil etməkləri ilə bağlı görüntülər yayılıb. Eyni zamanda  Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verdi. Bu tədbir Quba rayon sakinlərinin 2019-cu ilin dekabrında pandemiyadan əvvəl Xaçmazda restoranların birində keçirdikləri tədbir zamanı çəkilmiş videodur. Həmin şəxslərin polis əməkdaşları olmaları ilə bağlı iddialarının əsassız olduğunu Daxili İşlər Nazirliyi bəyan edib. ".

 

Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib:

 

“Qeyd etmək istəyirəm ki, son dövrdə cəmiyyətimizdə və ölkədə müəyyən qruplar var ki, onlar nə olur olsun Azərbaycan polisinə, Azərbaycan Hüquq Mühafizə Orqanlarına böhtan atmaqla məşğuldurlar. Yalan məlumatları sosial şəbəkələrdə yaymaqla, bu qurumların həm fəaliyyətinə, həm də şəxsi heyətinin nüfuzuna xələl gətirməyə çalışırlar. Yayılan görüntülərdən görünür ki, həmin vətəndaşlar mülki formadadılar və  polis əməkdaşları deyillər. Əgər polis əməkdaşları olsaydılar belə, iş vaxtından sonra, istirahət vaxtlarında məclis qurmaq, şənlənmək hüququndan məhrum edə bilməz. Bu Konstitusiya ilə onlara verilmiş hüquqlardır. Görüntüdə də görünür ki, onlar rəsmi formada yox, mülki formadadırlar. Ola bilsin ki, hansısa bir vətəndaşın ad gününü və yaxud özəl bir günü qeyd edirlər”.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, bu "çəkiliş" orada iştirak edən şəxslərdən birinin üzərinə yönəlməklə daha çox onu göstərir:

 

"Ən çox ona zərbə vurmaq niyyəti daşıyan hansısa fərdin hərəkətidir. Bu yanaşma, konkret bir şəxsin görüntüsünün çəkilməsi və bu şəxsin polis əməkdaşı olması kimi qərəzli fikirləri həm ümumi polis əməkdaşlarına, həm də tək bir şəxsə yönələn qərəzli hərəkətin nəticəsidir. Amma, dəfələrlə qeyd etmişəm ki, pandemiya dövründə Azərbaycan polisinin çəkdiyi zəhmətlər və onların küçədə, yağışda, soyuqda bizim tibbi təhlükəsizliyimizi qoruması üçün atdığı addımlar, ictimai asayişin qorunması sahəsindəki xidmətləri danılmazdır. Bu gün ölkəmizdəki siyasi sabitliyin bərqərar olması, Cənab prezidentimizin apardığı siyasi kursun nəticəsi ilə yanaşı bunu reallaşdıran polis orqanlarının xüsusi əməyi var”.

 

Ç.Qənizadə bildirdi ki, gəlin birlikdə polis əməkdaşlarını və hüquq mühafizə orqanlarını onlara atılan şər, böhtanlardan qoruyaq:

 

“İstər polis, istərsə də hüquq mühafizə orqanlarına bu cür yanaşmanı qətiyyətlə pisləyirik. İstirahət vaxtı hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş istirahət hüququndan istifadə edərək məclis təşkil edə və əylənə bilər. Buna görə kiminsə cəzalandırılmasına ümid edənlər hesab edirəm ki, arzularına çatmayacaqlar. Gəlin, birlikdə Azərbaycanın bugünkü sabitliyini qorumaq naminə onlara atılan şər, böhtanların qarşısını alaq və bu cür çirkin əməllərdən çəkinək”.

 

Fidan İLQARQIZI

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dağıstanda silahlı insident - polis əməkdaşı yaralandı 28 Fevral 2021, 07:46 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 28 Fevral 2021, 07:35 Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlandı 28 Fevral 2021, 07:24 “Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19 Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI 27 Fevral 2021, 18:02