Modern.az

Binədə 6 avtomobildən oğurluq edildi

Binədə 6 avtomobildən oğurluq edildi

Aktual

16 İyun 2026, 16:50

Xəzər rayonu Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyalar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Rəhimov müəyyən edilərək saxlanılıb.

Modern.az xəbər verir ki, Sumqayıtda isə silsilə velosiped oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı C.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə - heroin də aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi