Modern.az

Ağ Evə dron hücumunun qarşısı alınıb

Ağ Evə dron hücumunun qarşısı alınıb

Dünya

16 İyun 2026, 16:59

Federal Təhqiqatlar Bürosu Donald Trampın 80 illik yubileyi çərçivəsində Ağ Evin yaxınlığında keçirilən UFC Freedom 250 turnirinə qarşı dron hücumunun qarşısını alıb.

Modern.az Fox News-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının rəsmiləri bu barədə açıqlama verib. 

Nəşrin məlumatına görə, beş nəfər saxlanılıb. Müstəntiqlər həmçinin hücumda iştirak edə biləcək daha 23 şəxsi müəyyən ediblər.

Şübhəlilər turnir məkanının yaxınlığındakı binalara partlayıcı maddələrlə silahlanmış dronlardan hücum etməyi planlaşdırırdılar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!