Modern.az

Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi

Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi

Dünya

16 İyun 2026, 16:30

Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Modern.az xəbər verir ki, Fidan Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, Lavrovla apardığı danışıqlarda Cənubi Qafqazdakı vəziyyəti, eləcə də Bakı ilə İrəvan arasında davam edən sülh prosesini müzakirə edib:

“Biz Cənubi Qafqazdakı vəziyyəti ətraflı müzakirə etdik. Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini nəzərdən keçirdik. Bu, regionda sülhün təmin olunması baxımından çox mühüm amildir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!