Modern.az

Yoluxma sayı artdı - daha 3 nəfər öldü

Yoluxma sayı artdı - daha 3 nəfər öldü

19 Fevral 2021, 15:09

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 232829 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227472 nəfər müalicə olunaraq sağalıb, 3193 nəfər vəfat edib, aktiv xəstə sayı 2164 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7215 hazırkı dövrədək isə 2535825  test aparılıb.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir