Modern.az

Abdulla Gülə həkimlərdən qadağa

Abdulla Gülə həkimlərdən qadağa

Dünya

28 Avqust 2012, 14:51

Türkiyə prezidenti Abdulla Gül 5 gün daha xəstəxanada müalicə olunmalıdır. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Hacettepe Universitetinin xəstəxanasından bu barədə açıqlama veriblər. Həkimlər bildiriblər ki, hər iki qulağında ağrılar olan Abdulla Gül 5 gün də xəstəxanada qalıb, müalicə olunmalıdır. Həkimlər qeyd edib ki, A.Gül hər hansı tədbirlərə də qatılmamalıdır.

Qeyd edək ki, Qırğızıstan paytaxtı Bişkekdə beynəlxalq tədbirə qatılan Türkiyə prezidenti səhhəti ilə əlaqədar səfəri yarımçıq qoyaraq vətəninə qayıtmaq məcburiyyətində qalmışdı.

Sevinc İltifatqızı 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü