Modern.az

Göygöldə qəza - xəsarət alanlar var

Göygöldə qəza - xəsarət alanlar var

6 Mart 2021, 23:56

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "Ford Tranzit" markalı yük maşını toqquşub. Qəza zamanı avtomobillərdə olan Anar Hüseynov və İlqar Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır