Modern.az

Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub - Baş nazir

Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub - Baş nazir

Aktual

16 Mart 2021, 11:56

ANAMA-nın yenidən təşkili işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinin keyfiyyətcə yeni şəkildə təşkil edilməsindən xəbər verir"

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün parlamentdə çıxış edərkən deyib.

 

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

 

ƏKi Əsədov əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməli olduğunu da vurğulayıb:

 

"Hazırda azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlara yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü