Modern.az

Azərbaycanda ana südü ilə böyüyən körpələrin sayı azalır - STATİSTİKA

Azərbaycanda ana südü ilə böyüyən körpələrin sayı azalır - STATİSTİKA

Ölkə

24 Aprel 2021, 13:30

Azərbaycanda yeni doğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır.

 

Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir.



6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir.

 

12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir.

 

Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı