Modern.az

Məcburi köçkünlərə xoş xəbər

Məcburi köçkünlərə xoş xəbər

Aktual

18 Sentyabr 2012, 13:23

Sağlam İnkişaf və Maarifləndirmə İctimai birliyinin tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlanılıb. Bu barədə Modern.az-a ictimai birliyin sədri Anar Xəlilov məlumat verib.

Bildirilib ki, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunmuş ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında bu saytda mütamadi informasiyalar vermək onların fəaliyyətini işıqlandırmaq məqsədi bu layihədə qarşıya qoyulur.

Qeyd edilib ki, bu saytın vasitəsilə işğal olunmuş rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlıq, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və s məsələlər də öz əksini tapacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü