Modern.az

İlham Əliyev Mübariz Əsgərovla bağlı sərəncam imzaladı

İlham Əliyev Mübariz Əsgərovla bağlı sərəncam imzaladı

29 Aprel 2021, 17:08

“Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin”.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 29-da imzaladığı sərəncamda bildirilib.

Qeyd edək ki, tanınmış telejurnalist Mübariz Əsgərov məşhur “Qulp” satirik telelayihənin müəllifidir. “Qulp” verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. 

“Qulp” 1998-ci ildən 2013-cü ilədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, çatışmazlıqları cəmiyyətin özünə göstərib.

Əməkdar jurnalist Mübariz Əsgərov hazırda ARB telekanalında yayımlanan və məhbuslardan bəhs edən "Rezonans” proqramınının müəllifi və aparıcısıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir