Modern.az

Deputat uşaq intiharlarından DANIŞDI

Deputat uşaq intiharlarından DANIŞDI

Aktual

4 May 2021, 11:18

"Son günlər uşaq intiharları çoxalıb".

 

Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Könül Nurullayeva bildirib.

 

Deputat uşaq intiharlarının ailə daxilində yaranmış münaqişələr nəticəsində baş verdiyini deyib:

 

"Bir məqam xüsusilə diqqət çəkir. Uşaq intiharları və azyaşlılara qarşı törədilən hallara hüquqi qiymət verilirmi? Təbii ki, uşaqlar azyaşlı olduğundan hüquq-mühafizə orqanlarına müraciət edə bilmir.

Bu sahədə işlər gücləndirilsə, hər şey daha yaxşı olar.  Hesab edirəm ki, bu məsələdə birgə addımlar atılmalıdır".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü