“Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakıyla baş tutmalıdır”.
Modern.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə deyib.
O qeyd edib ki, bu günlərdə Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq:
“Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki yas məclisinin sahibinə hörmət etsin, sakit dursun. Ancaq dindən bixəbər məsələlərdən danışırlar”.