Modern.az

\"Barselona\" səfərdə vacib xal itirdi

\

12 May 2021, 02:08

İspaniya La Liqasının 36-cı turunda "Levante" evdə "Barselona"nı qəbul edib.

 

Modern.az xəbər verir ki, sona 3 tur qalmış həlledici görüşdə "Barselona" vacib xal itirib.

 

Oyunda ilk qolu 25-ci dəqiqədə "Barselona"nın kapitanı Lionel Messi vurub. Bundan 9 dəqiqə sonra Pedri katalonların 2-ci qolunu qapıdan keçirib. 57 və 59-cu dəqiqələrdə Qonzalo Melero və Joze Luis Moralesin qolları ilə "Levante" hesabı bərabərləşdirib. Matçın 64-cü dəqiqəsində Usman Dembele "Barselona"nı yenidən önə çıxarıb. Lakin katalonlar bu üstünlüyü qoruyub saxlaya bilməyib. Belə ki, 83-cü dəqiqədə Serxio Leonun qolu "Levante"ni məğlubiyyətdən xilas edib. 

 

Beləliklə, matç 3:3 hesablı heç-heçə ilə bitib.

 

Bu nəticədən sonra "Barselona" xalını 76-ya çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Levante" isə 40 xalla 13-cü sıraya qalxıb. 

 

Qeyd edək ki, La Liqaya 77 xalla "Atletiko Madrid" başçılıq edir. "Real Madrid" isə 75 xalla 3-cü sıradadır. 

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi