Modern.az

Şuşaya “Qəhrəman şəhər” adı verilsin – TƏKLİF

Şuşaya “Qəhrəman şəhər” adı verilsin – TƏKLİF

Parlament

27 May 2021, 11:26

“Şuşa mədəniyyət paytaxtı olmaqla bərabər həm də qəhrəmanlıq nümunəsidir. Bundan sonra Şuşada daha böyük və mühüm tədbirlər keçiriləcək”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri Şuşa şəhəri haqqında təkliflərini səsləndirib:

“Şuşa müqəddəs məkandır. Şəhərin inzibati sərhədləri daxilində qoruğun yaradılması şəhərin qorunmasına, mədəniyyət nümunəsi kimi mühafizəsinə xidmət edir.

Şuşa şəhərinə Mədəniyyət Paytaxtı adının verilməsi haqqında qanunda nəzərdə tutulan Şuşa Fondunun yaradılmasını təqdirəlayiq hesab edirəm. Hər kəsi bu fondun yaradılmasına dəstək göstərməyə dəvət edirəm”.

Tahir Rzayev Şuşaya “Qəhrəman Şəhər” adının verilməsini təklif edib:

“Bu şəhər qəhrəmanlıq nümunəsidir. Şuşanın görkəmli bir yerində əsgərlərimizin şücaətini əks etdirən abidənin qoyulmasını məqəsədəuyğun hesab edirəm. Bundan əlavə Bakıda yaradılan “Qənimətlər parkı”nın simasında Şuşada da bunun kimi bir parkın yaradılması doru olardı”.

Deputat çıxışının sonunda əlavə edib ki, Bülbülün dağıdılan ev muzeyinin bərpası və hansısa  formada insanların ziyarətinə təqdim edilməsi yaxşı olardı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı