Modern.az

O səfirlərin Şuşaya getməməyi heç nəyi DƏYİŞMİR!

O səfirlərin Şuşaya getməməyi heç nəyi DƏYİŞMİR!

Parlament

12 İyul 2021, 09:30

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin Bakıdakı səfirlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə, eləcə də işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuğuna hər hansı təsirləri olmayacaq”.

 

Bunu Modern.az-a deputat Vüqar Bayramov ABŞ, Rusiya və Fransa səfirlərinin dəvət olunmalarına baxmayaraq, iyulun 9-da təşkil edilən Füzuli və  Şuşa səfərinə qatılmamalarına münasibət bildirərkən deyib.

 

V.Bayramov qeyd edib ki, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqelərinə rəğmən, həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır:

 

“2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb. Həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.

 

“Cənubi Qafqaz ölkələri ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir. Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqelərdə olmasından asılı olmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu yeni reallığın formalaşdırdığı həqiqətdi”,-deyə deputat bəyan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı