Modern.az

Azərbaycanda müğənni yol qəzasında ölüb

Azərbaycanda müğənni yol qəzasında ölüb

Aktual

17 Oktyabr 2012, 13:34

Bakı-Şamaxı yolunun 81-ci kilometrliyində, Qobustan rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az APA-ya istinadən bildirir ki, Gəncə sakini, 1985-ci il təvəllüdlü Abdullayeva Jalə Sərdar qızının idarə etdiyi 90 MJ 545 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil gecə saat 2.00 radələrində yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə J. Abdullayeva hadisə yerində dünyasını dəyişib, avtomobildə olan Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Binyətov Baxış Səxavət oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı dünyasını dəyişən qadın müğənni, xəsarət alan şəxs isə klarnet ifaçısıdır. Onlar Şamaxıdan toydan qayıdırmışlar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı