Modern.az

Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub

Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub

5 Avqust 2021, 16:00

Türkiyədə 2011-2020-ci illərdə 26 311 meşə yanğını qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin Meşəçilik İdarəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, 1937 -ci ildən 2020-ci ilin sonuna qədər Türkiyədə baş vermiş meşə yanğınlarının ümumi sayı 114 min 941 olub.

 

10 illik dövrdə ən çox yanğın 2013-cü ildə meydana gəlib. Son ildə isə meşə yanğınlarından ümumilikdə 100 min hektardan artıq ərazi zərər görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi