Modern.az

Putin Trampı təbrik etdi

Putin Trampı təbrik etdi

Dünya

14 İyun 2026, 20:10

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

Modern.az Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, Amerika lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışığın dostcasına və səmimi keçdiyini, təxminən bir saat davam etdiyini bildirib.

Y.Uşakov əlavə edib ki, Tramp təbriklərdən təsirlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə