Modern.az

İranla ABŞ arasında virtual sülh - Qalibafla Vens imzalayacaq

İranla ABŞ arasında virtual sülh - Qalibafla Vens imzalayacaq

Dünya

Bu gün, 15:58

ABŞ və İran nümayəndə heyətləri arasında sülh razılaşmasının imzalanması məqsədilə virtual görüşün keçirilməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın iştirak edəcəyi gözlənilir. Danışıqlarda vasitəçilərin də yer alacağı bildirilir.

Telekanalın iddiasına əsasən, tərəflər mümkün sülh sazişinin mətnini virtual formatda imzalamağı nəzərdən keçirirlər. Müzakirələr zamanı Hörmüz boğazında gəmiçiliyin bərpası və bölgədə gərginliyin azaldılması məsələlərinin də gündəmdə olduğu qeyd edilir.

Lakin nə Vaşinqton, nə də Tehran bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib. İran rəsmiləri daha əvvəl ABŞ-la danışıqların davam etdiyini bildirsələr də, yekun razılaşmanın əldə olunmadığını vurğulayıblar.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ