Arxiv
23 Avqust 2021, 17:28 | İQTİSADİYYAT
Daha 2 yeni ixtisas qəbuluna başlandı

ABB-nin yaratdığı Tech Akademiyasına artıq yeni qəbul başlanıb.

 

Bu günə kimi ölkəmizdə informasiya texnologiyalarına dəstək fonunda bir neçə istiqamətlər üzrə tələbələrə proqramlaşdırma bilikləri verən ABB Tech Akademiyasında peşəkar biliklər tələb edən növbəti iki yeni proqram «Maşın öyrənmə-2» və «Proqram təminatı mühəndisliyi» sahələri üzrə kadr hazırlığı həyata keçiriləcək.

 

Akademiyaya qəbul olmaq istəyən şəxslər üçün www.abbtech.az   rəsmi internet səhifəsi və ya ABB Innovation Facebook səhifəsində qeyd olunan link vasitəsilə 18 Avqustdan etibarən onlayn ərizə qəbulu başlayıb.

 

Qeyd edək ki, akademiyanın ümumilikdə 343 nəfərdən ibarət məzun və tələbə bazası mövcuddur. Həmçinin bu günədək ABB Tech Akademiyasından  “Back-end”, “Front-end”, “Web və Mobil Tətbiqlərin Yazılımı”, “Kibertəhlükəsizlik və Sistem İnzibatçılığı”, “DATA Analitikası”, “DevOps”, “Maşın öyrənmə-1”, “QA Avtomatlaşdırma mühəndisliyi” sahələri üzrə 300 nəfərə yaxın tələbə məzun olmuşdur. Hal-hazırda isə “Rəqəmsal Marketinq” və “UI/UX dizayn” istiqamətləri üzrə 54 tələbə təhsilini davam etdirməkdədir. Tədris proqramlarını müvəffəqiyyətlə bitirmiş tələbələr üçün yaradılan iş imkanları nəticəsində 75%-dən çox məzun istər ABB-də, istərsə də ölkənin digər qabaqcıl şirkət və müəssisələrində işlə təmin olunmuşdur.

 

Mövcud təlimlərin təşkilində BP şirkəti və onun tərəfdaşlarının əvəzsiz dəstəyi davam etməkdədir. Proqramların ödənişli olmasına baxmayaraq yüksək nəticə göstərmiş tələbələrin təqaüd əldə etmək fürsəti də mövcuddur. Bununla bağlı ətraflı məlumatı akademiyanın rəsmi internet səhifəsində “tez-tez verilən suallar” bölməsindən əldə edə mümkündür.

 

Tədris prosesi beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən İsrailin məşhur TELEM metodikası əsasında İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzinin  metodoloji dəstəyi ilə həyata keçirilir.

 

ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarının təkmilləşdirilməsinə kömək edir.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42