Modern.az

LUKOIL-in beynəlxalq bazardan getməsinə siyasət səbəb oldu

LUKOIL-in beynəlxalq bazardan getməsinə siyasət səbəb oldu

İqtisadiyyat

Bu gün, 10:51

LUKOIL-in beynəlxalq bazarı tərk etməsi şirkətin öz təşəbbüsü ilə deyil, siyasi amillərlə bağlı olub.

Modern.az xəbər verir ki, bu barədə şirkətin qurucusu Vahid Ələkbərov “İnterfaks”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, LUKOIL-in beynəlxalq bazara yenidən qayıtmaq imkanları qalır.

Ələkbərov qeyd edib ki, şirkət beynəlxalq bazardan çıxmaq qərarını müstəqil şəkildə verməyib və buna siyasi amillər səbəb olub. Bununla belə, o, beynəlxalq bazara qayıdış ehtimalını istisna etməyib.

Xatırladaq ki, noyabrın 25-də amerikalı milyarder Todd Boeli LUKOIL-in beynəlxalq enerji aktivlərinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu konsorsium tərəfindən alınmasına dair müqavilə imzalayıb.

Müqavilə şirkətin 10 milyard dollar dəyərində qiymətli kağızlarının xarici aktivlərlə mübadiləsini nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər