Modern.az

Bakcell “Mançester Tətilləri” kampaniyasını elan edir

Bakcell “Mançester Tətilləri” kampaniyasını elan edir

Aktual

7 Noyabr 2012, 10:50

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti bu yaxınlarda dünyanın ən məşhur futbol klubu olan Mançester Yunayted ilə tərəfdaşlığa başladığını elan edib.  

Həmin tərəfdaşlıq çərçivəsində Bakcell öz abonentlərinə Mançester Yunayted-in ev oyunlar;n; keçirdiyi və dünyanın ən məşhur stadionlarından biri olan “Old Trafford”-da futbol həyacanını yaşamaq üçün  imkan yaradıb. Sevimli oyunçularınızı Sizə daha yaxın edəcək “Mançester Tətilləri” kampaniyası Old Trafford stadionuna gəlib Mançester Yunayted-in oyununu canlı olaraq izləmək üçün unikal bir fürsətdir.  7777 nömrəsinə pulsuz SMS göndərən hər bir Bakcell abonenti avtomatik olaraq kampaniyada edəcək və Mançesterə 3 biletdən birini qazanmaq imkanını əldə edəcək. Kampaniyanın xoşbəxt qalibləri elektron püşkatma vasitəsilə müəyyən edilərək ictimaiyyətə elan olunacaqlar. “Mançester Tətilləri” kampaniyası cari ilin oktyabrın 25-dən noyabrın 25-dək keçiriləcəkdir. Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən Bakcell şirkətinin rəsmi internet və Facebook səhifələrinə, eləcə də Mançester Yunayted-in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olun. www.bakcell.com www.facebook.com/bakcell www.manutd.bakcell.com              
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü