Modern.az

Erməni radiosu Qarabağda yayımını dayandırır

 Erməni radiosu Qarabağda yayımını dayandırır

Aktual

15 Sentyabr 2021, 22:07

"Avrora" erməni radiosu Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yayımını dayandırır.

 

Modern.az xəbər verir ki, bu barədə radionun direktoru Mikael Janpoladyan bildirib.

 

"Bu barədə danışmaq çətindir, lakin biz özəl şirkət kimi daim pul itirə bilmərik. Şuşadakı bütün mülkümüzü itirdik. İndi yeni avadanlıqları hara gətirəcəyimizi və bunun nə dərəcədə özünü doğruldacağını bilmirik. 

 

Qarabağdan zəng etdilər, yayım üçün dövlət rüsumunun və lisenziya haqqının ödənilməsini tələb etdilər, bu da radionun yayımını dayandırmaq barədə qərar qəbul etməyə səbəb oldu", - deyə Janpoladyan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır